- Qərb
- 19:17
- 945
Luiziana ştatı 15 ildən sonra edamları bərpa edib
![](https://www.aznews.az/storage/2025/02/11/abs.jpg)
ABŞ- nin Luiziana ştatında ölüm hökmləri 15 ildən sonra bərpa edilib.
Bu barədə dövlət administrasiyasının saytında dərc edilmiş protokolda deyilir.
Edamın azot qazından istifadə ediləcəyi dəqiqləşib.
“Azot hipoksiyası prosedurunu həyata keçirmək üçün məhbusun üzünə maska taxılır və oksigen azot qazı ilə əvəz olunur. Təyin olunmuş vaxtda məhbusun ölümünə səbəb olacaq müddət ərzində maska vasitəsilə məhbusa təmiz azot qazı yeridilir”, - sənəddə deyilir.
Mövsüm
Aznews.az