- Qərb
- 19:18
- 978
Estoniya ehtiyatda olan hərbçilər toplanır
![](https://www.aznews.az/storage/2024/09/18/estoniya_esger.jpg)
Yaxın gələcəkdə Estoniya Müdafiə Qüvvələrinin ehtiyatda olan hərbçiləri bir həftəlik təlim düşərgəsinə dəvət alacaqlar, bundan sonra onlar yeni birləşməyə - polis böhranı bölməsinə qoşulacaqlar.
Bu barədə ERR teleradio şirkəti məlumat yayıb.
Qeyd olunur ki, hərbi polis taborunda hərbi xidmətini başa vurmuş yüzlərlə ehtiyatda olan hərbçi bu ilin iyun ayında keçiriləcək bir həftəlik təlim-məşq toplanışına dəvət alacaq.
"Müdafiə Qüvvələri və Polis və Sərhəd Mühafizəsi Şurası (PPA) tərəfindən təşkil edilən əlavə təlimdən sonra bu ehtiyatda olanlar polis böhranı bölməsinə qoşulacaqlar, onların vəzifəsi daxili böhran vəziyyətlərinin həllində hüquq-mühafizə orqanlarına dəstək olmaq olacaq",-məlumatda bildirilir.
Mövsüm
Aznews.az