• Qərb
  • 11 Fevral 19:31
  •  994

Santorini adasında 5,3 bal gücündə zəlzələ baş verib

Yunanıstanın turistik Santorini adası zəlzələ fəlakəti ilə sarsılmağa davam edir...

Yanvar ayından bu yana ölkədə baş verən zəlzələlərin sayı 12800-ü keçib.

Bölgədəki aktivliyə görə Santorininin bəzi bölgələrində də sürüşmələr müşahidə edilib və 11 mindən çox insan canlarından qorxaraq adanı tərk edib.

Bölgədə artçı zəlzələlər davam etdiyi üçün Santorini adası yenidən şiddətlə silkələnib.

Günlərdir müxtəlif böyüklükdə zəlzələlərə məruz qalan Santorinidə ötən gecə 17 kilometr dərinlikdə 5,3 bal gücündə zəlzələ baş verib.

Mövsüm

Aznews.az