- Qərb
- 16:39
- 962
Polşalı deputat Rusiya ilə münasibətləri normallaşdırmağa çağırır
![](https://www.aznews.az/storage/2021/04/15/polsa.jpg)
Polşa gec-tez Rusiya ilə münasibətləri normallaşdırmalıdır.
Bu fikri Respublika Seyminin millətçilərin və avroskeptiklərin “Konfederasiyası” koalisiyasından olan deputatı Przemyslav Uipler bildirib.
“Hər kəs [Rusiya Prezidenti Vladimir] Putinlə bu və ya digər şəkildə əməkdaşlıq edir. Gec-tez biz o yerə qayıdacayıq ki, hansısa yolla münasibətləri normallaşdırmalı olacağıq”, o , RMF FM radiostansiyasının efirində bildirib .
Həmçinin, Uipplerin fikrincə, Polşa ilə Macarıstan arasında daha çox Rusiyaya yanaşma fərqliliyindən yaranan gərgin münasibətlər Polşanın informasiyadan təcrid olunmasına səbəb olub.
Mövsüm
Aznews.az