- Qərb
- 16:42
- 1 039
Orban enerji sektorunda Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
![](https://www.aznews.az/storage/2024/02/02/orban.jpg)
Avropa İttifaqı (Aİ) Rusiyanın enerji sektoruna qarşı sanksiyalardan imtina etməlidir.
Bu barədə Macarıstanın baş naziri Viktor Orban məlumat verib.
“Tamamilə yeni enerji siyasətinə ehtiyac var. Əminəm ki, enerji sanksiyaları qaldırılmalı, nüvə enerjisinə qarşı mənfi ayrı-seçkilik aradan qaldırılmalı və bağlanmış enerji tranzit marşrutları yenidən açılmalıdır”, - o, Almaniyanın “Almaniya üçün Alternativ” partiyasının həmsədri, Almaniya kanslerliyinə namizəd Elis Vaydellə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
Mövsüm
Aznews.az