Parlamentin keçmiş sədri Tasulas Yunanıstanın prezidenti seçilib

Yunanıstan parlamenti qanunverici orqanın keçmiş spikeri Kostas Tasulası ölkənin yeni prezidenti seçib.

Bu barədə Yunanıstanın "News 24/7" nəşri məlumat yayıb.

Parlamentdə keçirilən səsvermənin dördüncü turundan sonra Tasulas tələb olunan 151 səsdən 160-nı toplayıb.

Tasulasın namizədliyini ölkənin baş naziri və hakim Yeni Demokratiya Partiyasının lideri Kiriakos Motsotakis irəli sürüb.

Bildirilir ki, gələcək dövlət başçısı Yunanıstanın ilk prezidentidir və faktiki olaraq yalnız onun namizədliyini irəli sürmüş hakim partiyanın səsi ilə seçilib.

Mövsüm

Aznews.az