- Qərb
- 12 Fevral 21:14
- 1 100
Tramp Putinlə danışdı: "Söhbət uzun və məhsuldar oldu" - Dünya gündəmini dəyişən zəng
![](https://www.aznews.az/storage/2025/02/12/putin.jpg)
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı apardığını bildirib.
Onun sözlərinə görə, dialoq uzun və məhsuldar olub.
“Mən indicə Rusiya prezidenti Vladimir Putinlə uzun və çox məhsuldar telefon danışığım oldu. Biz Ukrayna, Yaxın Şərq, enerji, süni intellekt, dolların gücü və digər mövzuları müzakirə etdik”,
– Tramp özünün "Truth Social" səhifəsində yazıb.
O, Rusiya lideri ilə Rusiya və ABŞ xalqlarının tarixindən, o cümlədən İkinci Dünya Müharibəsi haqqında danışdığını bölüşüb.
Amerika prezidenti xatırladıb ki, SSRİ bu münaqişədə on milyonlarla vətəndaşını itirib.
Mövsüm
Aznews.az