- Qərb
- 12 Fevral 21:48
- 1 160
Estoniya: "Biz ABŞ-ə maraqlı təkliflər edə bilərik”
![](https://www.aznews.az/storage/2025/02/12/estoniya.jpg)
Estoniya Vaşinqtondan yardım müqabilində ABŞ-ə nadir torpaq metalları təklif edə bilər.
Bunu Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Marqus Tsahkna deyib.
Tsahkna jurnalistin Vaşinqtondan yardım müqabilində Estoniyanın nə təklif edə biləcəyi ilə bağlı sualına belə cavab verdi.
“Bu, Amerikanın maraqlarına uyğun deyil, bizim maraqlarımıza uyğundur. Biz nə təklif edə bilərik? Biz ABŞ-ə maraqlı, effektiv iqtisadi əlaqələr təklif edə bilərik”, - ERR onun sözlərini sitat gətirir.
Mövsüm
Aznews.az