- Qərb
- 13 Fevral 16:13
- 1 451
Münhendə avtomobil izdihamın üzərinə sürüldü: azı 20 nəfər xəsarət alıb

Münhendə avtomobilin izdihamın üzərinə sürməsi nəticəsində azı 20 nəfər xəsarət alıb, bəziləri ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Bu barədə Almaniyanın “Focus” jurnalı məlumat yayıb.
“Münhendə Seydlstrassedə avtomobil bir qrup insanla toqquşub. Hadisə yerində olan yanğınsöndürmə xidmətinin məlumatına görə, yüngül xəsarət alanlar da daxil olmaqla, azı 20 nəfər xəsarət alıb”, - nəşr yazır.
Onlar avtomobilin toqquşmasının qəsdən törədildiyini bildirilib. Qurbanlar arasında uşaqlar da olub, onlardan biri hadisə yerində reanimasiya edilməli olub.
Mövsüm
Aznews.az