- Qərb
- 17 Fevral 18:29
- 2 106
Papa Fransiskin vəziyyəti getdikcə ağırlaşır

Tənəffüs yolu infeksiyası ilə xəstəxanada olan Papa Fransiskin səhhətinin klinik mənzərəsi hazırda mürəkkəbdir və o, müalicəsini davam etdirəcək.
CNN bu barədə Vatikanın mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Son günlər və bu gün aparılan testlərin nəticələri polimikrob tənəffüs yollarının infeksiyasını aşkar edib və bu, terapiyanın daha da dəyişməsinə səbəb olub", - CNN mətbuat xidmətindən sitat gətirir.
Qeyd olunur ki, hazırkı testlər mürəkkəb klinik mənzərə göstərdiyindən pontifik xəstəxanada müvafiq müalicə tələb edir.