• Qərb
  • 18 Fevral 21:16
  •  2 319

Trampın xüsusi nümayəndəsi Ər-Riyadda aparılan danışıqları müsbət qiymətləndirib

ABŞ və Rusiya arasında Ər-Riyadda aparılan danışıqlar müsbət şəkildə aparılıb.

Bunu Amerika lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

“Danışıqlar müsbət, konstruktiv və işgüzar keçdi. Bütün iştirakçılar istənilən nəticəni əldə etmək əzmində idilər”, o, görüşün yekunlarına dair Amerika nümayəndə heyəti ilə keçirdiyi mətbuat konfransında bildirib.

Uitkoff əlavə edib ki, Vaşinqton görüş üçün bundan yaxşı nəticəni təsəvvür edə bilməzdi.

Mövsüm

Aznews.az