- Qərb
- 18 Fevral 22:02
- 2 073
AP deputatı: Aİ Vaşinqtonun qərarından sonra Rusiyaya qarşı sanksiyaları ləğv etməyə məcbur olacaq

Vaşinqton belə bir qərar verərsə, Avropa İttifaqı (Aİ) ölkələri anti-Rusiya sanksiyalarını ləğv etmək məcburiyyətində qalacaq.
Bunu Avropa Parlamentinin fransalı üzvü Tyeri Mariani Səudiyyə Ərəbistanında Rusiya-Amerika danışıqlarının yekunları üzrə deyib.
“Aİ bu gün Vaşinqtonda nə qərar veriləcəyini gözləyir. O, sanksiyaları ləğv etmək qərarına gəlsə, Aİ onun qərarına əməl etməyə məcbur olacaq. Əks halda, onlar yenidən tarixin kənarında qalacaqlar”,- Avropa Parlamentinin deputatı bildirib
O, həmçinin əlavə edib ki, Ukrayna qətiyyən NATO-ya üzv olmayacaq və Aİ-yə daxil olmayacaq.
“Qeyd edək ki, Ukraynanın NATO-ya daxil olması barədə artıq söhbət yoxdur. Və ona bunu vəd edənlərin hamısı artıq vədlərini yerinə yetirə bilmirlər. Amma hesab edirəm ki, Ukrayna Avropa Birliyinə üzv olmayacaq. Mən 2012-2013-cü illərdə Ukraynada olmuşam və Maydandakı hadisələri görmüşəm. “Mən parlamentarilərin tribunadan çıxış edərək Ukraynaya Aİ-yə tezliklə üzvlük vəd etdiyini xatırlayıram, lakin bu hələ də alınmır ”, - Mariani bildirib.
Mövsüm
Aznews.az