- Qərb
- 18 Fevral 22:09
- 2 793
Rusiya və İtaliya arasında münasibətlər gərginləşdi

İtaliyada bəzi dövlət qurumlarının internet saytlarının rusiyapərəst hakerlərin kiberhücumlarına məruz qaldığı bildirilir.
Milli mətbuatda yer alan xəbərlərdə bildirilirdi ki, Teleqramdan rusiyapərəst “NoName057” haker qrupunun həyata keçirdiyi kiberhücumlardan İtaliyanın Müəssisələr Nazirliyinin və "Made in Italy", Maliyyə Polisinin, Daxili İşlər və Maliyyə nazirliklərinin bəzi alt saytlarının saytları zərər çəkib.
Dünən rusiyapərəst hakerlər İtaliya prezidenti Sercio Mattarellanın fevralın 5-də Fransanın Marsel Universitetində fəxri doktorluq sertifikatı alması mərasimindəki çıxışında Ukraynanı işğal etdiyinə görə Rusiyanı nasist Almaniyası ilə müqayisə etməsi səbəbilə bəzi tənqidi təşkilatların internet saytlarını hədəfə alıblar.
Milan Malpensa Hava Limanı, Milan Linate Hava Limanı, Taranto və Trieste limanları kimi onlayn sistemlər və Intesa San Paolo bankının İT və internet saytları kiberhücuma məruz qalıb.
Mattarellanın sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sərt reaksiyasına səbəb olub və Roma ilə Moskva arasında münasibətlər gərginləşib.
Mövsüm
Aznews.az