• Qərb
  • 18 Fevral 19:23
  •  1 309

Rubio: Qərb Rusiyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirməli olacaq

Ukrayna münaqişəsi həll olunarsa, Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları ləğv etmək məcburiyyətində qalacaqlar.

Bunu ABŞ dövlət katibi Marko Rubio Ər-Riyadda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra jurnalistlərlə söhbətində deyib.

“Ukraynadakı münaqişə nəticəsində tətbiq edilən sanksiyalar var. Ona görə də demək istərdim ki, istənilən münaqişəyə son qoymaq üçün bütün tərəflərin güzəştə getməsi lazımdır”, - dövlət katibi bildirib.

Rubio həmçinin bildirib ki, digər ölkələr də oxşar qərarlar verə bilər.

Mövsüm

Aznews.az