- Qərb
- 19 Fevral 17:18
- 1 128
Şolz Aİ-ni Ukraynada sülhə töhfə verməyə çağırır

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynadakı münaqişənin həllinə öz töhfələrini təmin etməyə borcludurlar.
Bu barədə Almaniya kansleri Olaf Şolz məlumat verib.
"Avropa İttifaqı, ABŞ kimi, sülhün təmin edilməsi üçün üzərinə düşəni etməlidir", - deyə Şolz bildirib.
O, Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan ikitərəfli danışıqları belə şərh edib və əlavə edib ki, Kiyevin iştirakı olmadan qərarlar qəbul edilməməlidir.
Şolzun sözlərinə görə, Ukrayna suveren və demokratik dövlətdir və onun üçün Aİ-yə yol açılıb.
Mövsüm
Aznews.az