• Qərb
  • 19 Fevral 17:20
  •  1 224

Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketi ilə bağlı razılığa gəlib

Avropa İttifaqının (Aİ) nümayəndələri Rusiyaya qarşı ilkin alüminiumun idxalına qadağanın daxil olduğu 16-cı sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Bu barədə Aİ diplomatlarına istinadən Reuters agentliyi məlumat yayıb.

Bildirilir ki, alüminium idxalına qadağa paketin rəsmi qəbul edildiyi gündən bir il ərzində mərhələli şəkildə tətbiq olunacaq. Sanksiya siyahısına 48 fiziki şəxs və 35 təşkilat da əlavə edilib.

Agentlik qeyd edir ki, sanksiyalara oyun konsollarının satışına qadağa da daxildir.

Mövsüm

Aznews.az