• Qərb
  • 19 Fevral 21:15
  •  1 431

Litva Ukraynaya hərbi yardım paketini təqdim edib

Litva Ukraynaya 80 milyon avro dəyərində hərbi yardım paketi təqdim edib.

“Paket Ukraynanın ən təcili ehtiyaclarına cavab verir və Litvanın [Kiyev rejimi qarşısında] illik öhdəliklərinin demək olar ki, yarısını təşkil edib”, - departamentin saytında deyilir.

Bildirilir ki, Vilnüs də artıq yük maşınları və termal kameraları Kiyev rejiminə təhvil verib, həmçinin hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, əks-dron avadanlıqları və sursatların tədarükü də planlaşdırılır. Bundan əlavə, Litva Ukraynanın özündə silah istehsalını maliyyələşdirəcək.

Mövsüm

Aznews.az