• Qərb
  • 19 Fevral 21:53
  •  2 088

Sançes: Trampın planı əxlaqsız və beynəlxalq hüquqa ziddir

İspaniyanın baş naziri Pedro Sançes ABŞ prezidenti Donald Trampın Qəzzanı “ələ keçirmək” və fələstinliləri köçürmək planını “əxlaqsızlıq” adlandırıb.

Sançes İspaniyada rəsmi səfərdə olan Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə baş nazirin Madriddəki Moncloa iqamətgahında keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında danışıb.

ABŞ prezidenti Trampın Qəzza planına bir daha açıq reaksiya verən Sançez, "Bu, əxlaqsızlıqdır və beynəlxalq hüquqa ziddir. Qəzza fələstinlilərə məxsusdur və gələcək Fələstin Dövlətinin bir parçasıdır" deyib.

Sançes vurğulayıb ki, fələstinliləri köçürmək üçün istənilən cəhd “regional və qlobal miqyasda sabitliyi pozan təsirə malik olacaq”.

İspaniyanın baş naziri bəyan edib ki, “ərəb ölkələrinin rəhbərliyi Qəzzada fundamental olmalıdır”.

Misir prezidenti Sisi də Qəzzalıların məcburi köçkünlüyünə qarşı olduqlarını bildirib.

Mövsüm

Aznews.az