- Qərb
- 19 Fevral 22:31
- 1 565
Litva prezidenti: Aİ-nin Ukraynaya qoşun göndərmək qərarı yoxdur

Onlayn sammit zamanı Avropa İttifaqının (Aİ) liderləri qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı qərar qəbul edə bilməyiblər.
Bu barədə Litva Prezidenti Gitanas Nauseda məlumat verib.
Litva lideri qeyd edib ki, ilk növbədə Avropa kontingentlərinin hansı şəraitdə ora göndərilə biləcəyini və münaqişənin hansı mərhələsində ora düşə biləcəyini dəqiq müəyyənləşdirmək lazımdır.
“Ukraynada təlimatçıların olması artıq müzakirə olunub və bu suala müsbət cavab verilib. Lakin daha geniş əməliyyatlar üçün qoşunların göndərilməsi ilə bağlı hələ qərar verilməyib”, - Nauseda mətbuat konfransında bildirib. Yayım LRT (Litva Radio və Televiziyası) portalında həyata keçirilib .
Mövsüm
Aznews.az