• Qərb
  • 20 Fevral 13:00
  •  1 656

Tramp özünə tac taxdı... Ağ Ev "Çox yaşa kralımız" dedi

ABŞ-da ikinci prezidentlik müddətinə sürətlə başlayan Donald Tramp daha bir maraqlı addım atıb.

Tramp özünü ABŞ-nin kralı elan edib.

Tramp sosial mediada paylaşdığı paylaşımda Nyu-Yorkda tıxaclara uyğunlaşdırılmış qiymətləri ləğv etdiyini açıqlayıb və "Tıxac qiymətləri öldü. Manhetten və bütün Nyu York xilas oldu. Yaşasın kralımız!" ifadəsini işlədib.

Bu açıqlamadan sonra Ağ Evin rəsmi sosial media hesabında Trampı başında tacı olan bir kral kimi təsvir edən jurnal örtüyü paylaşılıb.

Tramp və Ağ Evin “kral” mövzulu paylaşımları sosial mediada diqqət mərkəzinə düşüb.

Nyu-York qubernatoru Keti Hoçul da Trampın Nyu-Yorkda tıxaclara uyğunlaşdırılmış gediş haqqını ləğv etməsindən sonra sosial media hesabında açıqlama verib.

Tariflərin qaldırılması ilə bağlı açıqlamasında Trampın özünü “kral” kimi təsvir etməsini tənqid edən Hoçul, “Biz qanunlar xalqıyıq, biz kral tərəfindən idarə olunmuruq” deyib.

Hoçul, Trampın ləğv etdiyi tıxaclara görə tənzimlənən tariflərin müsbət nəticələr verdiyini ifadə etdi və bu tətbiqi qorumaq üçün qanuni tədbirlər gördüklərini açıqladı.

Mövsüm

Aznews.az