• Qərb
  • 20 Fevral 18:52
  •  1 482

Avropanın silah arsenalı boşalır

Rusiya ilə Ukrayna arasındakı müharibə hər iki ölkə üçün böyük dağıntılara səbəb olub.

Avropanın aparıcı silah istehsalçılarından biri olan "Rheinmetall" -ın baş direktoru Armin Papperger "Financial Times" -a müsahibəsində Avropa və Ukraynanın müdafiə qabiliyyətinin ciddi zəifliklərinə diqqət çəkib.

Papperger Avropa və Ukraynanın silah anbarlarının demək olar ki, boş olduğunu və müharibə bitdikdən sonra da silaha tələbatın yüksək olaraq qalacağını bildirib.

"Avropa və Ukraynanın heç bir şeyi yoxdur",- deyə Papperger qeyd edib.

Müharibə dayansa belə, tələbin davam edəcəyini vurğulayıb.

O, həmçinin ABŞ prezidenti Donald Trampın Rusiya ilə sülh danışıqlarının Rusiyanın aqressiv mövqeyinə son qoyacağına şübhə etdiyini bildirib.

Mövsüm

Aznews.az