• Qərb
  • 20 Fevral 19:50
  •  1 485

Burbok yaşadığı cinsi təcavüz haqqında danışıb

Almaniyanın xarici işlər naziri Annalena Burbok "G Spot" podkastında məktəb illərində cinsi təcavüzə məruz qalmasından danışıb.

Onun sözlərinə görə, məktəbə getdiyi avtobusda yaşlı bir kişi onun yanına əyləşərək əlini onun ayağına qoyub, lakin Almaniya Xarici İşlər Nazirliyinin gələcək rəhbəri dərhal hərəkətə keçməyə qərar verməyib.

“Hələ də yaddaşımda qalır. Qatarları dəyişmək qərarına gəlmək üçün mənə beş dayanacaq lazım oldu” deyən Burbok bunun bir çox belə hadisələrdən yalnız biri olduğunu qeyd edib.

Burbok həmçinin bildirib ki, siyasətə qadın hüquqları uğrunda mübarizə məqsədi ilə girməsə də, sonradan bu məsələni daha tez-tez gündəmə gətirməyə başlayıb.

Mövsüm

Aznews.az