• Qərb
  • 20 Fevral 20:58
  •  1 748

Macarıstan Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcək

Macarıstan Aİ xarici işlər nazirliklərinin rəhbərlərinin fevralın 24-də Brüsseldə keçiriləcək görüşündə Rusiyaya qarşı fərdi sanksiyaların altı ay müddətinə uzadılmasını dəstəkləməyəcək.

Bu barədə ölkənin Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto bildirib.

O qeyd edib ki, hazırda Aİ üçün ən vacib məsələ Rusiya-Amerika danışıqlarının başlaması və uğurlu olması üçün vaxt verməkdir.

“Biz Brüsseldə bu danışıqlarda çətinlik yarada biləcək heç bir qərarın qəbuluna imkan verməyəcəyik. Martın 15-nə qədər [sanksiyaların uzadılması qərarı ilə] gözləmək imkanı var. Bazar ertəsi uzadılması ilə razılaşmayacağıq və buna görə də Avropa İttifaqından bu məsələ ilə bağlı heç bir qərar olmayacaq”, - Siyarto bildirib.

Mövsüm

Aznews.az