• Qərb
  • 20 Fevral 21:08
  •  1 193

Mərakeş və İspaniya arasında "narkotik tuneli" tapılıb

İspaniya polisindən verilən açıqlamada narkotik qaçaqmalçılığı ilə mübarizə əməliyyatı çərçivəsində Mərakeş ərazisindən İspaniyanın Şimali Afrikadakı Seuta bölgəsinə qədər uzanan tunelin tapıldığı bildirilib.

Sənaye zonasındakı anbarda aparılan axtarış zamanı aşkarlanan və əsas işıqlandırma sistemi ilə təchiz olunduğu aşkarlanan tunelin 12 metr dərinliyində olduğu bildirilsə də, uzunluğu hələ müəyyən edilməyib.

“Hades” adlı əməliyyatda son 3 həftədə 2-si polis olmaqla 14 nəfərin nəzarətə alındığı və 6 min kiloqram narkotik maddənin ələ keçirildiyi bildirilib.

Şimali Afrika və Avropa arasında narkotik ticarəti mərkəzi olan Seuta uzun müddətdir qaçaqmalçılıq əməliyyatlarının mərkəzindədir.

Mövsüm

Aznews.az