- Qərb
- 20 Fevral 21:17
- 1 201
Trüdo: Biz həmişə Ukraynanın yanındayıq

Kanadanın baş naziri Castin Trüdo sosial media hesabında Ukrayna ilə bağlı paylaşım edib.
Kanadanın baş naziri Trüdo bildirib ki, ukraynalılar təkcə öz suverenliklərini və ərazi bütövlüyünü qorumaq üçün deyil, həm də 80 ilə yaxındır ki, dünyada hamının təhlükəsizliyini təmin edən qaydalara əsaslanan nizamı qorumaq üçün mübarizə aparırlar.
Trüdo bildirib ki, Rusiya sərhəd qaydalarını bilərəkdən pozur.
"Buna görə də Kanada və müttəfiqlərimiz Vladimir Putinin beynəlxalq asayişin qeyri-qanuni, əxlaqsız və ədalətsiz pozulmasına açıq şəkildə etiraz edirlər",-deyə Trüdo qeyd edib.
Trüdo deyib ki, Kanada həmişə Ukraynanın yanındadır və o, “Ukraynanı və dünyanı təhlükəsiz saxlayan qaydaları” müdafiə etmək barədə danışmaq üçün avropalı tərəfdaşlarla görüşməyi səbirsizliklə gözləyir.
Mövsüm
Aznews.az