- Qərb
- 20 Fevral 21:20
- 1 947
Zelenski və Kelloqun mətbuat konfransı ləğv edilib

Ukrayna prezidenti Zelenski ilə ABŞ-nin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kelloq arasında Kiyevdə keçiriləcək mətbuat konfransı ABŞ tərəfinin tələbi ilə ləğv edilib.
Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov Kelloq ilə Kiyevdə keçirilməsi planlaşdırılan mətbuat konfransı ilə bağlı açıqlama verib.
Nikiforov mətbuat konfransının ABŞ tərəfinin tələbi ilə ləğv edildiyini açıqlayıb.
Ukrayna mətbuatı xəbər verir ki, Nikiforov görüşlə bağlı jurnalistlərə açıqlama verib.
Nikiforov Amerika tərəfinin xahişi ilə mətbuat mənsublarına yalnız görüşün görüntülərini çəkməyə icazə veriləcəyini qeyd edərək, görüşün sonunda heç bir açıqlama verilməyəcəyini, sual və cavabların alınmayacağını bildirib.
Mövsüm
Aznews.az