- Qərb
- 20 Fevral 21:28
- 1 218
Politico: AK sədri fon der Leyen Aİ-ni təkbaşına idarə edir

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen öz gücünü mərkəzləşdirir və getdikcə daha qəddar idarəetmə üsullarına əl atır.
Bu barədə “Politico” mənbələrə istinadən yazıb.
Məqalə müəllifləri qeyd edirlər ki, AK rəhbəri “daha nəzarətçi” olur və az qala prezident kimi təkbaşına idarə edir. Avropa İttifaqına daxil olmayan bir ölkədən olan adı açıqlanmayan səfirin qeyd edib ki, fon der Leyen və onun əsasən Almaniyadan olan müşavirləri blok daxilində bütün kommunikasiyalara ciddi nəzarət edirlər.
Bir məmur qeyd edib ki, yanvar ayında fon der Leyen sətəlcəm xəstəliyinə tutulub və səlahiyyətlərini müavininə təhvil verməyəndə, onun olmaması səbəbindən iqtisadi bərpa planının təqdimatı ayın sonuna qədər təxirə salınıb.
Mövsüm
Aznews.az