- Qərb
- 21 Fevral 16:01
- 1 408
Papa Fransisk səhhətinə görə, postunu tərk edəcək

Papa Fransisk vəzifəsini yerinə yetirməkdə çətinlik çəkərsə, səhhətinə görə taxtdan imtina edə bilər.
Kardinal Canfranko Ravasi bu barədə "Corriere della Sera" qəzetinə məlumat verib.
“O, xidməti vəzifələrini yerinə yetirərkən ciddi çətinliklərlə üzləşsə, seçimini edəcək. Təbii ki, özü qərar verəcək, bəlkə də məsləhət istəyəcək, amma son qərarı vicdanına görə özü verəcək”, - materialda qeyd olunur.
Nəşrin məlumatına görə, Roma Papası Fransisk cari ilin sonuna və Xristian Yubiley ilinin sonuna kimi vəzifəsində qalmaq niyyətindədir, sonra isə sələfi XVI Benediktin etdiyi kimi vəzifəsini tərk edəcək.
Mövsüm
Aznews.az