- Qərb
- 21 Fevral 16:07
- 1 655
Makron Trampı Putin qarşısında “zəif olmamağa” çağırır

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin qarşısında “zəif” olmamalıdır.
Bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.
“Mən ona deyəcəyəm: “Prezident Putinin qarşısında zəif ola bilməzsən. Bu, sən deyilsən, bu sənin xarakterik xüsusiyyətin deyil, bu sənin maraqlarına uyğun deyil" .
O, həmçinin əlavə edib ki, Fransa Ukraynaya qoşun yeritməyi planlaşdırmır , lakin Rusiya ilə sülh əldə edildikdən sonra təhlükəsizlik zəmanəti verməyi nəzərdən keçirir.
Mövsüm
Aznews.az