- Qərb
- 21 Fevral 18:14
- 1 184
Robles: İspaniya Trampın Ukrayna ilə bağlı çıxışından şoka düşüb

İspaniya hakimiyyəti ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı dediyi sözlərdən şoka düşüb.
İspaniyanın "20minutos" nəşri xəbər verir ki, bunu İspaniya Müdafiə Nazirliyinin rəhbəri Marqarita Robles bildirib.
O, Amerika liderinin çərşənbə günü, fevralın 19-da Ukrayna prezidenti Volodimir Zelenskiyə ünvanladığı tənqidi bəyanatları belə şərh edib.
O, həmçinin vurğulayıb ki, Avropa İttifaqı “Ukraynaya möhkəm və sarsılmaz dəstəyini” davam etdirir, çünki Avropaya inteqrasiyanın əsasları münaqişənin nəticəsindən asılıdır.
Mövsüm
Aznews.az