• Qərb
  • 21 Fevral 18:39
  •  1 106

ABŞ-nin Barselonadakı Baş Konsulluğunda Ukraynaya yardım əleyhinə piket keçirilib

İspaniyanın Barselona şəhərində ABŞ Baş Konsulluğunun binası yaxınlığında Ukraynaya yardımın ayrılmasına qarşı piket keçirilib.

Bu barədə “İzvestiya”nın müxbiri məlumat verib.

Etirazçılar ABŞ prezidenti Donald Trampı Donbassda uşaq ölümlərini dayandırmağa çağıran pankart asaraq , 2014-cü ildən bəri Ukrayna ordusu və NATO qüvvələrinin 500-dən çox azyaşlı uşağı öldürdüyünə işarə ediblər.

Banner boyunca piketçilər qırmızı boya ilə bulaşmış oyuncaq kuklalar qoyublar.

Vaşinqtonun mövqeyinə baxmayaraq, Aİ-yə üzv ölkələrin Kiyevə yardımı davam etdirmək qərarına İspaniya xalqı belə reaksiya verib.

Mövsüm

Aznews.az