• Qərb
  • 21 Fevral 18:48
  •  1 092

Aİ fevralın 24-də Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyəcək

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri fevralın 24-də Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiq edəcək.

Bu barədə Brüsseldə jurnalistlərə məlumat verilib.

"Nazirlər Rusiyaya qarşı 16-cı fərdi və iqtisadi sanksiyalar paketini təsdiq edəcəklər ", - deyə qeyd edilib.

KİV-in məlumatına görə, məhdudiyyətlərə ilkin alüminiumun idxalına qadağa daxildir; 73 yeni kölgə donanması gəmisi və 13 bank sanksiya siyahısına daxil edilə bilər.

Mövsüm

Aznews.az