• Qərb
  • 21 Fevral 19:08
  •  1 152

ABŞ-də helikopter donmuş gölə düşüb, 1 nəfər ölüb

ABŞ-də ölümlə nəticələnən qəza...

Bonneville dairəsinin şerif ofisi bildirib ki, helikopter Aydaho ştatının şərqində donmuş Ririe gölməçəsinə düşüb.

Açıqlamada hadisə yerinə təcili tibbi yardım qruplarının sövq edildiyi, vertolyotda olan iki nəfərdən birinin həyatını itirdiyi, digərinin isə müalicə üçün xəstəxanaya aparıldığı bildirilib.

Açıqlamada qeyd olunub ki, qəzanın səbəbləri Federal Aviasiya Administrasiyası (FAA) və Nəqliyyatın Təhlükəsizliyi Şurası (NTSB) ilə əməkdaşlıq çərçivəsində araşdırılır.

Mövsüm

Aznews.az