• Qərb
  • 21 Fevral 22:23
  •  2 458

Bundestaq deputatı: AfD anti-Rusiya sanksiyalarını ləğv etməyə çalışacaq

Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası Rusiyaya qarşı sanksiyaların ləğvinə çalışacaq.

Bunu partiyanın Bundestaqın üzvü, parlament qrupunun ABŞ üzrə müavini, professor Harald Veyel deyib.

“Əgər AfD hökumət koalisiyasına qoşularsa, biz Avropa İttifaqı Nazirlər Şurası səviyyəsində Rusiyaya qarşı Avropa sanksiyalarının ləğvinə çalışacağıq”, o, Lenta.Ru-ya müsahibəsində deyib .

Siyasətçinin sözlərinə görə, partiya həm də “Şimal axını” qaz kəmərlərinin təmirini və Rusiya ilə enerji əməkdaşlığının bərpasını dəstəkləyir.

Mövsüm

Aznews.az