- Qərb
- 15:44
- 1 132
Von der Leyen Aİ-dən Ukraynaya 3,5 milyard avroluq yeni tranş elan edib

Avropa İttifaqı (Aİ) Ukraynaya 3,5 milyard avro məbləğində maliyyə yardımı göstərəcək.
Bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen Kiyevə səfəri zamanı bildirib.
“Avropa kritik anda Ukraynanı gücləndirmək üçün buradadır. Mən elan edə bilərəm ki, mart ayında Ukraynaya 3,5 milyard avro həcmində yeni tranş gələcək”, - AK-nin saytındakı bəyanatda deyilir.
Bundan əlavə, Von der Leyen təşkilatın martın 7-də keçiriləcək sammitində silah istehsalını artırmaq və Aİ-nin müdafiə qabiliyyətini gücləndirmək planını təqdim edəcəyini əlavə edib.
Mövsüm
Aznews.az