Slovakiyada hərbi obyektdə partlayış olub

Slovakiyada Zaqorje hərbi-texniki sınaq institutunda partlayış baş verib, iki nəfər yaralanıb.

Bu barədə TASR xəbər agentliyi məlumat yayıb .

"Təcili yardım çağırışına əsasən, saat 08:15-dən sonra biz təcili yardım maşını və xilasetmə xidmətinin helikopterini ilkin məlumata görə, partlayışın baş verdiyi Zaqorje Hərbi Texniki və Sınaq İnstitutuna göndərdik", - TASR Slovakiya Xilasetmə Xidmətinin nümayəndəsi Danka Çapakovadan sitat gətirir.

Partlayışla bağlı məlumatı Slovakiyanın müdafiə naziri Robert Kalinyak da təsdiqləyib. O, partlayışın təlim məşğələləri zamanı baş verdiyini, hadisənin səbəbini müəyyənləşdirmək hələlik mümkün olmadığını bildirib.

Mövsüm

Aznews.az