- Qərb
- 18:33
- 1 006
Politico: Aİ ölkələri Kallasın Ukraynaya yeni yardım paketi təklifinə qarşı çıxır
.jpg)
Bəzi Avropa İttifaqı (Aİ) ölkələri Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın təklif etdiyi yeni hərbi yardım paketinin Ukraynaya ötürülməsini dəstəkləməyib.
Onlar buna öz milli büdcələrindən pul xərcləmək istəmirlər.
Bu barədə Avropanın "Politico" nəşri məlumat yayıb.
Adı açıqlanmayan avropalı diplomatın sözlərinə görə, Ukraynanı dəstəkləyən Aİ ölkələri arasında "bərabərlik və həmrəyliyin olmaması" ilə bağlı narazılıq yaranıb . Nəşr qeyd edir ki, onlar Brüsseldən Kiyevə yardım göstərmək üçün başqa yanaşmalar, xüsusən də xüsusi avrobondların buraxılması və ya “maliyyə çevikliyi” nümayiş etdirilməsi, məsələn, müdafiə xərclərini ölkələrin büdcə kəsirlərinin hesablamalarından istisna etmək kimi üsullar axtaracağını gözləyirlər.
Digər iki avropalı diplomat vurğulayıb ki, Almaniya və Fransa artıq Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı danışıqlarda iştirak etdikləri üçün “fasilə veriblər”, digər Avropa dövlətləri isə “daha az fəaldırlar”.
Mövsüm
Aznews.az