• Qərb
  • 25 Fevral 21:22
  •  1 962

The Times: Avropa orduları Britaniya əsgərlərinin köhnəlmiş tüfənglərini ələ salır

Avropa orduları Britaniya əsgərlərini köhnəlmiş tüfənglərinə görə istehza edir.

Bu barədə "Times" qəzeti məlumat yayıb.

“Böyük Britaniyanın NATO müttəfiqləri snayper vasitələrinə lağ edir və deyirlər ki, standart buraxılış mərmiləri ruslar və çinlilərə qarşı faydasız olacaq”, - nəşr yazır.

Britaniyalı zabitə istinadən qeyd edilir ki, Böyük Britaniyanın müttəfiqləri daha yüngül çəkiyə malik və daha uzaq məsafələrdə görmə imkanı verən daha təkmil nişangahlarla təchiz edilmiş tüfənglərin modernləşdirilmiş modellərindən istifadə edirlər.

Mövsüm

Aznews.az