- Qərb
- 25 Fevral 21:53
- 931
FT: Ağ Ev Kanadanın Beş Göz ittifaqından çıxarılmasını təklif edir

ABŞ prezidenti Donald Trampın administrasiyası Kanadanın “Beş Göz” kəşfiyyat alyansından çıxarılmasını təklif edib.
Bu barədə "Financial Times" məlumat yayıb.
Nəşrin məlumatına görə, təşəbbüs Amerika liderinin ən yaxın məsləhətçilərindən biri Piter Navarro tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, ABŞ buna görə də Kanadaya təzyiqi artırmalıdır. Qəzet qeyd edib ki, Trampın bu fikrə necə reaksiya verdiyi məlum deyil.
“Financial Times” ABŞ prezidentinin kəşfiyyat brifinqinin baş redaktoru Dennis Uilderə istinadən yazıb ki, “Beş Göz” dünya tarixində kəşfiyyat məlumatlarının paylaşılması üzrə ən uğurlu sazişdir.
Mövsüm
Aznews.az