Donald Trampın əks olunduğu yeni 250 dollarlıq əskinas üçün qanun layihəsi hazırlanır

Cənubi Karolina Respublikaçı Nümayəndəsi Co Uilson Prezident Donald Trampın yer aldığı 250 dollarlıq əskinas yaratmaq üçün qanun layihəsi hazırladığını açıqlayıb.

O, X-də (keçmiş Twitter) yazıb: "Mən Oyma və Çap Bürosunun Donald Trampın əks olunduğu 250 dollarlıq əskinas dizaynını təmin etmək üçün qanun layihəsi hazırladığımı elan etməkdən məmnunam".

Onun sözlərinə görə, ABŞ-nin keçmiş prezidenti Co Bayden dövründə inflyasiya iqtisadiyyatı məhv edib, amerikalı ailələri daha çox nağd pul saxlamağa məcbur edib.

Mövsüm

Aznews.az