- Qərb
- 16:50
- 1 069
Avropalı fermerlər üçüncü ölkələrdən ərzaq idxalına etiraz edirlər

Çexiya və Slovakiya fermerləri üçüncü ölkələrdən məhsulların Avropa İttifaqına idxalına qarşı birgə aksiya keçiriblər.
Pravda nəşri bu barədə məlumat yayıb.
“Çexiya və Slovakiyadan olan fermerlər və ərzaq istehsalçıları Hodonin-Holic sərhəd keçid məntəqəsində etiraz aksiyası keçiriblər. Onlar özləri ilə onlarla ağır kənd təsərrüfatı texnikası gətiriblər”, - məqalədə deyilir.
Etirazın əsas məqsədi MERCOSUR ilə razılaşma və üçüncü ölkələrdən məhsul idxalı ilə razılaşmadığını bildirmək olub.
Mövsüm
Aznews.az