- Qərb
- 16:53
- 952
AK Avropa İttifaqını ABŞ ilə ticarətlə bağlı açıq dialoqa çağırıb

Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampın Aİ-yə qarşı gömrük rüsumları tətbiq etməyə hazır olması ilə bağlı bəyanatları fonunda Vaşinqtonu ticarət sahəsində açıq dialoqa çağırır və ölkələrə “bir-birinə qarşı” işləməməyi tövsiyə edir.
Bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Olof Gill bildirib.
“İnsanlarımız və biznesimiz üçün hər fürsəti qorumaq üçün birlikdə çalışmalıyıq. Həm də bir-birinə qarşı deyil. Avropa dialoqun, açıqlığın və qarşılıqlılığın tərəfdarıdır. Oyun qaydalara uyğun keçirilərsə, biz tərəfdaşlığa hazırıq”, - deyə o, qeyd edib.
Gill, transatlantik ticarət həcminin ildə 1,5 trilyon dollar olduğuna diqqət çəkib. Çünki Amerika şirkətləri Avropa bazarında sərmayə yatırıb, xeyli gəlir əldə edə biliblər.
Mövsüm
Aznews.az