• Qərb
  • 28 Fevral 18:54
  •  2 052

WSJ: Tramp ingilis dilinin ABŞ-nin rəsmi dili olması haqqında sərəncam imzalayacaq

ABŞ prezidenti Donald Tramp ingilis dilinin rəsmi dövlət dili olması haqqında sərəncam imzalayacaq.

Bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb.

Məqalədə deyilir: “Təxminən 250 illik tarixində ABŞ-nin heç vaxt federal səviyyədə milli dili olmayıb”.

Trampın qərarının keçmiş prezident Bill Klintonun agentliklərdən və digər federal maliyyə alanlarından ingilis dili bilməyənlərə dil yardımı göstərməsini tələb edən sərəncamını ləğv edəcəyi gözlənilir.

Mövsüm

Aznews.az