- Qərb
- 28 Fevral 20:21
- 2 239
Olland Trampı Parisin müttəfiqi hesab etməməyə çağırıb

Fransa artıq ABŞ prezidenti Donald Trampı müttəfiq hesab edə bilməz.
Beşinci Respublikanın keçmiş prezidenti Fransua Olland “Le Monde” qəzetinə müsahibəsində belə deyib.
Onun fikrincə, Trampın ikinci müddətinin Amerika liderinin birinci müddəti ilə çox az ümumiliyi var.
“O (Tramp. - Red.) artıq bizim müttəfiqimiz deyil. Amerika xalqı bizə dost olaraq qalır, amma Tramp artıq bizim müttəfiqimiz deyil. "Onun administrasiyası avropalılar və [digər] Qərb ölkələrinin nümayəndələrindən daha çox [Rusiya Prezidenti Vladimir] Putin və Şimali Koreyaya qulaq asdığını nümayiş etdirəcək ", - Olland bildirib.
Mövsüm
Aznews.az