- Qərb
- 28 Fevral 21:46
- 984
Yunanıstanda etiraz dalğası böyüyür

Bu gün Yunanıstanda iki il əvvəl baş vermiş və 57 nəfərin həyatını itirdiyi qatar qəzasının ildönümüdür.
Paytaxt Afinada toplaşan minlərlə insan ədalət tələb edir.
Ölkədə tətillər və etirazlar həyatı dayandırıb.
Afinanın Sintaqma meydanına toplaşan etirazçılar “Biz ədalət istəyirik” şüarları ilə hökumətə etiraz ediblər.
Qəzada yaxınlarını itirən ailələrin rəhbərlik etdiyi nümayişə Afinada bir çox müəssisə qapılarını bağlayaraq dəstək verib.
Tətil çərçivəsində aviareyslər və qatarlar ləğv edilib, bərə reysləri dayandırılıb və ictimai nəqliyyatın fəaliyyəti xeyli dayandırılıb.
Ölkə daxilində və xaricdə 300-dən çox şəhərdə etiraz aksiyaları keçirilir.
Mövsüm
Aznews.az