Çexiya prezidenti Avropanı Kiyevə dəstəyi artırmağa çağırıb

Çexiya prezidenti Petr Pavel Ağ Evdə danışıqlar zamanı Kiyev rejiminin başçısı Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında yaranan mübahisədən sonra Ukraynanı dəstəkləyib.

O, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb: “Biz Ukraynanı heç vaxt olmadığı kimi dəstəkləyirik”.

Çexiya lideri əlavə edib ki, Avropa ölkələri Kiyevə kömək etmək üçün səylərini artırmalıdır.

Mövsüm

Aznews.az