- Qərb
- 2 Mart 04:49
- 2 452
Britaniya ABŞ-ni Ukrayna ilə müzakirələri bərpa etməyə inandıra bilməyib

Britaniya rəsmiləri ABŞ administrasiyasını prezident Donald Tramp və Volodimir Zelenski arasındakı mübahisədən sonra Ukrayna ilə müzakirələrə qayıtmağa inandıra bilməyiblər.
APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg“ agentliyi məlumat yayıb.
Məlumata görə, Vaşinqton Britaniya tərəfinin tələbini rədd edib və ABŞ rəhbərliyinin məsələ ilə bağlı düşünməsi üçün vaxta ehtiyacı olduğunu bildirib.
Mənbələr qeyd ediblər ki, münasibətləri bərpa etmək üçün ABŞ administrasiyası Zelenskinin danışıqlar zamanı baş verənlərə görə ictimaiyyətdən üzr istəməsini tələb edib.