• Qərb
  • 3 Mart 18:53
  •  1 059

İctimaiyyətin 52 faizi prezident Donald Trampın vəzifədəki fəaliyyətini bəyənmir -SORĞU

ABŞ-də keçirilən sorğunun nəticələrinə görə, ictimaiyyətin 52 faizi prezident Donald Trampın vəzifədəki fəaliyyətini bəyənmir.

CNN-in müstəqil araşdırma şirkəti SSRS fevralın 24-dən 28-dək ölkə üzrə 2212 nəfər arasında telefon və onlayn sorğu keçirərək ABŞ ictimaiyyətinin Trampın prezident kimi fəaliyyəti ilə bağlı fikirlərini araşdırıb.

Trampın Konqresdəki ilk rəsmi çıxışından bir qədər əvvəl keçirilən sorğuda iştirakçıların 48 faizi onun vəzifədəki fəaliyyətindən razı qaldıqlarını, 52 faizi isə onun fəaliyyətini bəyənmədiyini bildirib.

Sorğuda qeyd olunub ki, Trampın prezidentliyindən 48 faiz məmnunluq səviyyəsi, onun əvvəlki prezidentliyi dövründə Konqresdəki ilk çıxışından əvvəl aparılan sorğudakı məmnunluq nisbətindən daha yüksək olub.

Mövsüm

AzNews.az