• Qərb
  • 3 Mart 20:06
  •  1 011

Lukaşenko bolqarları "Osmanlı boyunduruğundan qurtuluş günü" münasibətilə təbrik edib

Minsk Sofiya ilə qarşılıqlı hörmət və bərabərlik əsasında dinc və konstruktiv dialoqa hazırdır.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Bolqarıstanın "Osmanlı boyunduruğundan qurtuluşu günü" münasibətilə bolqar xalqına təbrikində deyib.

“Belarus həmişə Bolqarıstanı oxşar dəyərlərə və mentalitetə ​​malik mühüm Avropa tərəfdaşı kimi qəbul edib. Minsk bu gün də öz əqidəsinə sadiq qalır”, -deyə Lukaşenko qeyd edib.

Lukaşenko əmin olduğunu bildirib ki, Minsk və Sofiya tamhüquqlu münasibətləri bərpa edə biləcəklər və iki ölkə xalqları bundan sonra da birgə fəaliyyət göstərəcək və dost olacaqlar.

Mövsüm

Aznews.az