• Qərb
  • 3 Mart 21:32
  •  1 128

Böyük Britaniya TikTok ilə bağlı araşdırma başladıb

Böyük Britaniyanın İnformasiya Komissarlığı Ofisi (ICO) TikTok-un uşaq məlumatlarından istifadə etdiyinə görə araşdırmaya başladığını açıqlayıb.

İngiltərə İnformasiya Komissarlığı Ofisi (ICO) tərəfindən edilən açıqlamada, platforma üçün tövsiyə olunan məzmunu müəyyən etmək üçün TikTok-un ölkədəki 13-17 yaşlı uşaqların şəxsi məlumatlarından necə istifadə etdiyini araşdıracağı bildirilib.

"Bu araşdırma sosial media və video paylaşma platformalarının uşaqların onlayn fəaliyyətlərindən əldə edilən məlumatların öz tövsiyə sistemlərində istifadə etməsi ilə bağlı artan narahatlıqlar fonunda baş verir ki, bu da gənclərə uyğun olmayan və ya zərərli məzmunun təqdim edilməsinə səbəb ola bilər", - bəyanatda deyilir.

Bəyanatda fikirləri yer alan ICO komissarı Con Edvards, bu cür sosial media şirkətlərinin gətirdiyi texnologiya və yenilikləri alqışladıqlarını ifadə edərək, "Biz də bu şirkətlərin iqtisadiyyatımızda uğurlu olmasını istəyirik, lakin bu, uşaqların şəxsi həyatı bahasına ola bilməz. Mesajım sadədir. Sosial media və video paylaşma platformaları bu ölkədə fəaliyyət göstərməkdən faydalanmaq istəyirlərsə, məlumatların qorunması qanununa əməl etməlidirlər" dedi.

Mövsüm

AzNews.az